Magazin1
ATV-dən Zaur Baxşəliyevlə bağlı AÇIQLAMA
"Bəzi şəbəkə yazılarında ATV-nin ən reytinqli proqramlarından olan “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin guya bağlanacağı barədə əsassız iddialar irəli sürülür və hətta bu məlumatın telekanaldan hansısa məsul vəzifə tutan mücərrəd şəxsin təsdiqlədiyi qeyd edilir."
Publika.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli deyib. O, bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
“Jurnalistika və xəbər sahəsi ilə tanış olan hər bir kəs anlayır ki, mənbəyi bilinməyən istənilən məlumata bəri başdan inanmaq olmaz. Zaur Baxşəliyev ATV telekanalında 20 ildən çoxdur ki, müvəffəqiyyətlə çalışır və yüksək istedadı, savadı, televiziya təcrübəsi, əmək intizamı ilə seçilir. Onu tanıyanlar bilirlər ki, yayım fəaliyyəti ilə bağlı hər hansı dəyişiklik barədə o, ilk növbədə öz kollektivi, həmkarları və telekanalın rəhbərliyi ilə bölüşər. Zaur və Günay Baxşəliyevlər uzun illərdir ki, geniş tamaşaçı auditoriyasını maraqlı, aktual və sevilən verilişlərlə sevindirirlər. Onlar daim öz verilişlərini təkmilləşdirir və zənginləşdirir, həmkarları ilə yeni maraqlı ideyaları bölüşürlər.
Bir daha xatırladırıq ki, ATV telekanalının fəaliyyəti ilə bağlı məlumat üçün ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət etmək olar”.
-
MDB02:19Məşhur iş adamı su anbarında boğulub öldü
-
Qoroskop01:40Günün qoroskopu: Həqiqətlər üzə çıxacaq
-
Nida Xəbər 00:55Bu gün Amnistiya aktının icrasına başlanacaq
-
Hadisə21 Dekabr 23:35Bakıda məşhur hospitalda YANĞIN baş verdi
-
Hadisə21 Dekabr 21:25Müharibədə daha bir azərbaycanlı itkin düşdü
-
Qoroskop21 Dekabr 20:282026-cı ilin ən şanslı BÜRCÜ - Onlar üçün nağıl kimi həyat başlayır
-
Ekologiya21 Dekabr 19:12Azərbaycana qış fəsli daxil oldu
-
İdman21 Dekabr 17:47Ronaldo və Messi karyeralarını niyə başa vurmurlar?
















.jpg)









