MDB
Gəzməyə gedən 4 uşaq yoxa çıxdı - FOTO
Rusiyada uşaqların kütləvi şəkildə yoxa çıxması ilə bağlı müəmmalı hadisə baş verib.
Publika.az xəbər verir ki, dekabrın 21-də Samara vilayətində polislər gəzintidən sonra evə qayıtmayan dörd uşağın axtarışına çıxıblar. Daxili İşlər Nazirliyinin regional bölməsinin məlumatına görə, onlar Bezençuk kəndinin sakinləri olub. 10 yaşlı oğlan və 5, 10, 11 yaşlı üç qız itkin kimi axtarılır. Uşaqlar 20 dekabr axşamı gəzinti üçün çölə çıxıblar və təyin olunmuş vaxta qədər evə qayıtmayıblar. Onların harada olduqları hələ də məlum deyil.
Rusiya Federasiyasının Regional İstintaq Komitəsinin məlumatına görə isə artıq Samara vilayətində dörd uşağın itkin düşməsi ilə bağlı qətl hadisəsi üzrə cinayət işi açılıb.
Qurumun yaydığı bəyanatda deyilir: "Rusiya Federasiyasının Samara vilayəti üzrə İstintaq Komitəsinin Bezençuk Rayonlararası İstintaq İdarəsi Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "a" və "c" bəndləri (yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş iki və ya daha çox şəxsin qətli) ilə cinayət işi açıb".
Tural
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı



































