Ekologiya
Dayanmadan qar yağacaq: hava kəskin soyuyur - TARİX
Regionda ilin sonuna qədər havalar soyuq keçəcək.
Publika.az xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat yayıb.
O bildirib ki, 21 dekabrda Moskva bölgəsində yenidən qar yağmağa başlayıb və bu vəziyyətin ilin sonuna qədər davam edəcəyi gözlənilir.
“Qar ilin sonuna qədər əriməyəcək, əksi olacaq. Qarşıdakı həftə ərzində Moskvada qarın qalınlığı 5-7 sm-ə, Yeni ilə qədər isə 11-13 sm-ə qədər artacaq”, – deyə sinoptik bildirib.
Paralel olaraq, Türkiyədə də oxşar proqnozlar verilib. Belə ki, Kandilli Rəsədxanası Meteorologiya Laboratoriyasının meteoroloqu Adil Tek İstanbulda qar yağma ehtimalına diqqət çəkib.
Qlobal proqnoz modellərinə görə, şimaldan gələn soyuq hava dalğası dekabrın 28-dən etibarən İstanbul və Mərmərə bölgəsində temperaturu aşağı salacaq: “29 və 30 dekabrda yağıntıların qar şəklində ola biləcəyi və bunun təxminən 4-5 gün davam edəcəyi gözlənilir”.
Qeyd edək ki, Azərbaycanda da Yeni il bayramı günlərində hava durumunun necə olacağı maraq obyektindədir. Bundan əvvəl isə Bakıda qarlı havalarla bağlı hazırlıqlar barədə məlumat yayılmışdı.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Məqsəd rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlərin müzakirəsidir.
(Globalinfo.az)
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ




























.jpg)









