Qoroskop
2026-cı ilin ən şanslı BÜRCÜ - Onlar üçün nağıl kimi həyat başlayır
2026 Əqrəb bürcünün nümayəndələri üçün uğurlu il olacaq. Məşhur astroloq Dinçer Günerin proqnozlarına görə, xüsusilə aprel-iyun ayları arasında baş verəcək hadisələr Əqrəblərin həyatında çox şeyi kökündən dəyişə bilər.
Publia.az 2026-cı ildə Əqrəbləri gözləyən yenilikləri təqdim edir:
26 yanvar - Neptun Qoç bürcünə keçir (2039-a qədər)
Sağlamlıqla bağlı problemlərin diaqnozu çətinləşə bilər. Alternativ müalicə üsullarına və meditasiyaya marağınız arta bilər.
İş həyatında qarışıqlıqlar yarana bilər. Başqalarına kömək etmək istəyi güclənsə də, özünüzü həddindən artıq yormamalı, sərhədlərinizi qorumalısınız.
14 fevral - Saturn Qoç bürcünə keçir (2028-ə qədər)
Sağlamlıq məsələlərində daha intizamlı olmalısınız. İş mühitində üzərinizə daha çox məsuliyyət düşəcək. Fərqli bir sahədə ixtisaslaşmaq qərarı verə bilərsiniz, lakin bu yol asan olmayacaq. Bu mərhələdə xəyalların deyil, real hədəflərin arxasınca getmək vacibdir.
17 fevral - Dolça bürcündə Günəş tutulması
Ailə və yaşayış yeri ilə bağlı taleyüklü bir başlanğıc baş verə bilər. Köçmək, ev almaq və ya ailə qurmaq gündəmə gələ bilər.
20 fevral - Saturn–Neptun qovuşumu (Qoç bürcündə)
Gündəlik həyat, iş mühiti və sağlamlıq rutinləriniz uzunmüddətli təsir altına düşəcək. İdeal iş arzuları ilə real şərtlər arasında balans tapmaq əsas mövzuya çevriləcək.
3 mart - Qız bürcündə Ay tutulması
Sosial çevrə ilə bağlı sınaq dövrü başlayacaq. Sizə fayda verməyən münasibətlərdən uzaqlaşa bilərsiniz. Gələcək planlarınızı daha realist şəkildə dəyərləndirəcəksiniz.
29 mart - Saturn–Pluton bucağı
Atdığınız intizamlı addımlar ailə həyatınıza harmoniya gətirəcək.
Aprel və iyun: karyerada yüksəliş
26 aprel - Uran Əkizlər bürcünə keçir (2033-ə qədər)
Ortaq maliyyə resursları, miras və borclarla bağlı qəfil və gözlənilməz dəyişikliklər baş verə bilər. Texnologiya və rəqəmsal platformalar vasitəsilə gəlir yolları kəşf edə bilərsiniz.
30 iyun - Yupiter Şir bürcünə keçir (2027-yə qədər)
Növbəti iki il ərzində yüksəliş, tanınma və məqsədlərə çatmaq baxımından şans əldə edəcəksiniz.
İyul: Böyük dəstək
18 iyul - Uran–Pluton üçbucağı
Ev almaq və ya ailə ilə bağlı böyük bir dəyişiklik üçün gözlənilməz maliyyə dəstəyi tapa bilərsiniz.
20 iyul - Yupiter–Neptun üçbucağı
Xəyal etdiyiniz işi görmək üçün real fürsətlər yarana bilər.
Avqust və sentyabr: Karyerada zirvə
12 avqust - Şir bürcündə Günəş tutulması
Karyera evinizdə baş verən bu tutulma növbəti 6 ay üçün taleyüklü bir başlanğıc gətirəcək. Vəzifə yüksəlişi, yeni biznes qurmaq mümkün olacaq.
28 avqust - Balıqlar bürcündə Ay tutulması
Sevgi və yaradıcılıq mövzularında emosional tamamlanma yaşanacaq. Bir münasibət yeni mərhələyə keçə və ya sona çata bilər.
1 sentyabr - Yupiter–Saturn üçbucağı
Karyeradakı fürsətlər (Yupiter) gündəlik işlərdəki intizamla (Saturn) birləşir. Əldə etdiyiniz uğurlar zəhmətinizin bəhrəsi olacaq.
(Musavat.com)
-
Sağlamlıq04:14Saqqızın tərkibindəki bu badədə faydalı imiş...
-
Yaxın Şərq03:43Hörmüz boğazı yaxınlığındakı kəndə mərmilər düşdü
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
































.jpg)