Magazin1
Doğuş konsert verdi: Xoşqədəmdən danışdı
Türkiyəli müğənni Doğuş ötən gecə Maslak şəhərində konsert verib və jurnalistlərlə görüşüb.
Publika.az xəbər verir ki, konsertdən öncə şəxsi həyatı ilə bağlı sualları cavablandıran Doğuş plastik əməliyyatla bağlı danışıb.
Müğənni sənəti ilə bağlı məsələlərə bir müddət ara verdiyini desə də, yenidən geri döndüyünü açıqlayıb:
“Bir az ara verdim, amma meydana qayıtdım. Bundan sonra da davam edəcəyik. Azərbaycandan İstanbula qayıtdım. Uşaqlarım gəlib-gedir, mən gedib-gəlirəm, beləcə, işləri çatdırırıq. Uşaqlar hazırda Azərbaycandadır”.
2014-cü ildə evləndiyi Xoşqədəm Hidayətqızı və xəyanət iddiaları ilə bağlı sualları cavablandıran müğənni bu barədə qısa danışıb:
"Şəxsi həyatımızla bağlı suallara, özəl müdaxilələrə səssiz qalırıq. Çünki məhkəməmiz davam edir. Zamanı gələndə açıqlama verəcəyəm".
Son zamanlar plastik əməliyyat etdirən kişi sənətçilərlə bağlı fikirlərini bölüşən Doğuş bunu kişilərə yaraşdırmayıb:
“Təəssüf ki, insanlar yaşlandıqca botoksa ehtiyac duya bilərlər. Amma estetik prosedurlar kişiləri korlayır. Mən bunu bəyənmirəm. Mənim sadəcə burnumda estetik var. Bunu da nəfəs ala bilmədiyim üçün, səhhətimə görə etmişdim. Bu, yeganə plastik əməliyyatımdır. Kişilər plastik əməliyyat etdirməz. Ehtiyacım olsa, gələcəkdə bəlkə plastik əməliyyat yox, botoks etdirəcəyəm”. ("Yenisabah.az")
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”