Magazin1
Flora Kərimova Rusiyada yaşayan azərbaycanlılara müraciət etdi - Kamilə görə

Kamilin bu dəfə övladına fürsəti olmadı desin - “darıxma qızım, ata istirahətə gedir!” Belə hallarda dövlətdən heç nə unmuram və lüzum da duymuram. Dövlət heç vaxt öz övladını darda qoymayıb və mübarizəsini uğurla sona qədər aparır. Dövlətdən qabaq Rusiyada yaşayan 2 milyon azərbaycanlı millət olduğunu göstərməlidir. 2 milyon balaca güc deyil!
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova instaqramda yazıb. Kamil Zeynallının Rusiyada həbs olunmasına münasibət bildirən sənətçi ona dəstək olub. O, Rusiyada yaşayan azərbaycanlıları bu məsələyə biganə qalmamağa çağırıb.
"Ukraynada məhkəmələrdə əskik erməni əli ilə Misirin - qazimizin ömrü gedir, cavanlığı gedir. Hər birimizdən ötrü döyüşdü, qan tökdü, bizim evimizi-torpağımızı qorudu. İndi də Kamil! Hamı yazır, dua edin. Amin! Dua-qarğış ilə iş həll olunan idisə 30 ildə torpaqlarımız geri qayıdardı. Ümid verən hal odur ki, səfir artıq hərəkətə keçib. Rusiyada da azərbaycanlı vəkillər birləşib bu işi təmənnasız aparırlar. Çünki Kamilin həbsinin birbaşa millətə adiyyəti var.
83 yaşımda mən Rusiyadakı azərbaycanlılara, diasporaya üzümü tuturam. İndi xalq olub, həmrəy olun, qoymayın Kamil erməni əlinə təhvil verilsin. Yuxarılardan direktiv gözləməyin. Qüdrətinizə güvənin, gücünüzə güvənin. Hər biriniz iradənizlə təşəbbüs sahibi olun və əminəm ki, övladımızın gözü yolda qalmayacaq!", - Xalq artisti qeyd edib.
Qeyd edək ki, K.Zeynallı hava limanında saxlanılaraq müvafiq polis bölməsinə aparıldığını bildirərək sosial şəbəkə hesabında videomuraciət yayımlayıb.
O, “Ermənistan məni beynəlxalq axtarışa veribmiş. May ayının 5-dən axtarılırmışam. Buna baxmayaraq, mən 3 dəfə Rusiyaya gəlib-getmişəm. İndi deyirlər, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib aparacaqlar. Sabah məni məhkəməyə çıxaracaqlar. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olarlar, qoymazlar ki, məni onlara təhvil versinlər. İndi bölmədəyəm. Gözləyirəm. İnşallah yaxşı olar” sözlərini dilə gətirib.

-
İnanc19:48
Ramazanın 22-ci günü: Dua, imsak və iftar vaxtı
-
Qoroskop19:00
Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək