Magazin1
Elnarə əri ilə Kamilin şəklini paylaşıb bunları yazdı - FOTO

Xəbər verdiyimiz kimi, fitnes məşqçi Kamil Zeynallı gecə saatlarında Moskvanın "Domodedovo" hava limanından Bakıya gələrkən hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Publika.az "Bizim.media"ya istinadən bildirir ki, müğənni Elnarə Xəlilova baş verən hadisə ilə bağlı sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib.
Elnarə həyat yoldaşı Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun Kamil ilə birgə çəkilən fotoları izləyiciləri ilə bölüşərək Azərbaycan xalqının Zeynallının azadlığa buraxılması üçün dua etdiyini yazıb:
"44 günlük müharibədə hərbçilərimizin yanında olan Kamilin Allah qapılarını açıq etsin. Tezliklə ailəsinə, evinə, Vətəninə dönsün. Əminəm ki, onu sevənlərin hər bir azərbaycanlı hazırda dua etməkdədir. Aranızda bəlkə oruc olanlar var. Xahiş edirəm, dua edək, Kamil tezliklə Vətəninə, ailəsinə göri dönsün".
Qeyd edək ki, K.Zeynallı, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur.
Kamil Zeynallının məhkəməsi isə sabah keçiriləcək.
Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib.

-
Magazin214:04
Milyarder Aleks Soros və Huma Abedin evləndi: Qonaqlar arasında görün kimlər olub - FOTOLAR
-
İdman13:53
Dünyanı şoka salan azərbaycanlı şahmatçı sensasiyalı qələbəsindən danışdı: Etiraf edim ki...
-
Region13:38
Ermənistan çıxılmaz vəziyyətdə: Yükləri İranda ilişib qaldı
-
Avropa13:08
Tarixdə ilk: Britaniya kəşfiyyatına gürcü qadın rəhbərlik edəcək
-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın
-
Yaxın Şərq10:36
İsrailin hücumuna görə bu ölkə günahkardır - Pezeşkian adını açıqladı
-
Region09:12
İsrail SEPAH-ın Qüds Qanadının komanda məntəqələrini vurdu - VİDEO