Xalq artistinin həyat yoldaşından şok etiraf: Bilin, 15 il əvvəl qorilla ilə evlənmişəm - VİDEO
Bizi izləyin

Magazin1

Xalq artistinin həyat yoldaşından şok etiraf: Bilin, 15 il əvvəl qorilla ilə evlənmişəm - VİDEO

Bir insanla tanış olanda, bu insanı hansısa heyvana, ya da ki, cizgi film personajlarına oxşadıram. Yusifi ilk dəfə görəndə, gözümün önündə bir qorilla canlandı. Həmişə deyirdim ki, sən mənim qorillamsan. Smayliklər də çıxandan Yusifin adının yanında qorilla smayliki var. Uşaqlıqda da mənim ən sevdiyim film "Kinq Konq" idi. O, böyük meymundan çox xoşum gəlirdi. Yusifə də həmişə deyirdim ki, sən mənim Kinq Konqumsan. Bunu bizim yaxınlar, evdə hamı bilir.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti, "Maska" şouda qorilla maskası altında çıxış edən ifaçı Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva deyib. "İnstagram"da şou barədə fikirlərini bölüşən sənətçinin xanımı qeyd edib ki, Miri Yusif bu maska altında çıxış etdiyini ondan gizli saxlayıb. Lakin təxminləri onu yanıltmayıb.

""Maska şou" olanda və qorillanı görəndə, dedim ki, bu "qorilla" yoldaşımdan başqa kimsə ola bilməz. Yenə də mənə demirdi ki, o, mənəm. İstəyirəm bilin ki, 15 il əvvəl mən bir qorilla ilə evləndim".

Qeyd edək ki, cütlüyün 3 övladı var. Uzun müddət evdar xanım olsa da, Nərgiz Mirbabayeva son zamanlarda influenserlik etməyə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm