Magazin1
Şəbnəm Tovuzlunu məhkəməyə verən Şəbnəm Tapdıq görün ona nə təklif etdi - VİDEO

Həmkarı və adaşı Şəbnəm Tovuzlu ilə dalaşıb onu "Dünyasını dəyişmiş anam Şəbnəm Tapdıqla rəfiqə imiş" sözlərinə görə məhkəməyə verən müğənni Şəbnəm Tapdıq efirdə barışığa cəhd göstərib.
Publika.az xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı yayımında yaşanıb.
Sözügedən proqramda Tovuzlunu məhkəməyə verdiyi olaya görə ekspertlərin tənqidi ilə üzləşən Tapdıq geri addım atıb.
Belə ki, əlinə mikrofon alan Şəbnəm Tapdıq ayağa qalxaraq qarşı tərəflə barışmaq istədiyini vurğulayıb:
"Mənim o qıza (Şəbnəm Tovuzlunu nəzərdə tutur - red.) yaşadığı taleyi və həyatına görə rəhmim gəlir. Məhkəmə məsələsinə artıq nöqtə qoyulub. Onu efir vasitəsi ilə öpürəm, qoy sakit otursun. Allah onun atasına kömək olsun. Lazim olsa onu bu verilişə də gətirərsən. Gör bu adam məni nə qədər çox istəyib ki, öz adını (Şəbnəm Tapdıq iddia edir ki, Şəbnəm Tovuzlunun əsl adı Aygündür) kənara qoyub, mənim adımı özünə götürüb (ağlayır). Ürəyim yuxadır. Hər zaman Şəbnəm Tovuzlunu görəndə əlimi onun boynuna sarımışam, məni ağlamaq tutub. Məndən aslı deyil".

-
Art00:55
İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - VİDEO
-
ABŞ12 May 21:31
Trampın Yaxın Şərqə səfəri başladı
-
Avropa12 May 20:11
Kir Starmerin evi yandı
-
ABŞ12 May 19:40
ABŞ və Çin razılığa gəldi: Rüsumlar endirildi
-
Nəqliyyat12 May 18:40
21 yolda tıxac var - Siyahı
-
Hadisə12 May 18:30
DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın TƏFƏRRÜATI
-
Hadisə12 May 18:20
Baş Prokurorluq Gəncədəki PARTLAYIŞla bağlı məlumat yaydı
-
Dünya12 May 17:05
Bu bölgədə məskunlaşanlara 19 min manat veriləcək