Magazin1
Mehriban Xanlarova efirdə dalaşdı: Studiyanı tərk etdi - VİDEO

Əməkdar artist Mehriban Xanlarova efirdə əsəbiləşərək, studiyanı tərk edib.
Publika.az bizim.media-ya istinadən bildirir ki, hadisə sənətçinin ekspert qismində iştirak etdiyi "Bizimləsən" ictimai-sosial verilişinin canlı yayımında baş verib.
Davaya səbəb sözügedən verilişə pənah gətirən şikayətçinin aktrisaya "Sənin haqqında olan məsələləri açıb, danışaram" deməsi olub. Xanlarova bu sözlərdən sonra əsəbiləşərək, od püskürüb:
"Mənim ürəyim doludur. Mən gizli qalan məqamları açsam, bütün hər şey dağılar. Hər şey... Amma susuram! Qurban olsunlar Zaura (proqramın aparıcısı Zaur Baxşəliyevi nəzərdə tutur - red.). Mənim "Facebook"um, "Instagram"ım var, amma "TikTok"um yoxdur. Lazım olsa, o da olar. Sübutlarla bir tək "Instagram"dakı səhifəm bəsdir ki, vuraram yerə, qaldıraram göyə... Getsinlər, Zaura qurban olsunlar. Daha bu haqda danışmayacağam. Bu insanlar (studiyada əyləşən şikayətçiləri nəzərdə tutur - red.) gedəcək, başqaları gələcək. Amma biz buradayıq. İllərin dostu və illərin sənətkarıyam. Mənə çox pis təsir edir ki, burada şikayətçilərdən biri deyir ki "sənin nəyinisə açıb danışaram". Mənim alnım açıq, burada oturmuşam... Aç, görüm sənin açdığın keçərlidir, yoxsa mənim... İnsana hörmət qoyanda o hörməti aşmaz. Baryeri aşma! Sən kimləsə dava edirsən, məni niyə qatırsan öz söhbətinizə? Mən iki dəqiqəlik studiyadan çıxmaq istəyirəm, ürəyim döyünür".

-
Region02:42
Ərdoğan TRT-nin rəhbərini dəyişdirdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO
-
İdman12 İyul 18:15
Neymar 1,5 milyon dollara bu avtomobili aldı