Magazin1
Rıbak Bakıda bu qiymətə fanatları ilə şəkil çəkdirdi

Dünyaca məşhur müğənni Aleksandr Rıbakın Bakı konsertindən maraqlı məqamlar üzə çıxıb.
Publika.az "Olay"a istinadla xəbər verir ki, sənətçinin konsertdən sonra fanatları ilə ödənişli formada şəkil çəkdirdiyi məlum olub. Belə ki, o, 100 dollar qarşılığında heyranları ilə kulisdə görüşüb və söhbət edib.
Bundan başqa, sözügedən görüşlər səbəbi ilə Rıbak 1 saat media nümayəndələrini gözlədib. Öncədən müsahibə olacağı elan edilsə də, bu baş tutmayıb.
Aparıcı Fira Cəlilova isə sosial media hesabında başqa iddialar yazıb:
“Aleksandr Rıbak bu gün Heydər Əliyev Sarayında konsert verdi. İki saat davam edən konsertdə onun hardasa 30 dəqiqəlik çıxışı oldu. Qalan saat yarımı 20 dəqiqəlik antrakt, bir saat 10 dəqiqəni isə Səbinə Babayeva və klassik instrumental ansambl öz arasında bölüşdürdülər. Hə, bir də onu qeyd edim ki, Rıbak ilə şəkil çəkdirmək qeyri-rəsmi məlumatlara görə 1000 AZN-dir. Qurban olaram öz Xalq artistlərimizə”.

-
Səhiyyə21:12
Qan təzyiqini aşağı salmağın ALTI YOLU
-
Art20:30
Azərbaycan mədəniyyətinə ağır itki üz verdi - FOTO
-
Nida Xəbər 20:20
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Magazin120:00
Tolik verilişinin qonağı olan müğənniyə ELÇİ DÜŞDÜ - VİDEO
-
Sosial19:48
İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılacaq
-
Magazin119:36
“Restoranlarda yeni dələduzluq növünə keçiblər”
-
Nida Xəbər 18:48
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar - VİDEO
-
Hadisə16:55
Gecə klubunda dəhşətli YANĞIN: ölənlərin sayı artdı - Yeniləndi