“Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar” - Habil Əliyevin qızı
Bizi izləyin

Magazin1

“Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar” - Habil Əliyevin qızı

“Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər”.

Publika.az xəbər verir ki, bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib.

Proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki, atası həmin qiymətli kamançadan istifadə etməyib.

“Atam o kamançadan istifadə etmirdi. O kamança muzey əşyası kimi evdə qalırdı. Onun özünün xüsusi kamançası var idi və yalnız onda ifa edirdi. Atama başqa kamança verib ifa etməsini istəyəndə o, bunu edə bilmirdi. Habil müəllim çox çətin xasiyyətli, çox həssas insan idi...”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm