Səhər tezdən o xəbəri eşitdim, dəhşətə gəldim - FOTO
Bizi izləyin

Magazin1

Səhər tezdən o xəbəri eşitdim, dəhşətə gəldim - FOTO

Mərhum müğənni Rüfət Mehdiyevin qızı Zemfira Mehdiyeva onun dünyasını dəyişdiyi gündən danışıb.

Publika.az "Olay"a istinadən bildirir ki, sənətçinin övladı bu barədə "Retro Baku" verilişində qonaq olarkən açıqlama verib. O bildirib ki, atası vəfat etdiyi gün onunla görüşməli imiş:

"Atam rəhmətə getməzdən bir müddət idi ki, onu görmürdüm. Həmin gün dərsə getməmişdim, atamla görüşəcəkdim. Səhər yuxudan oyandım, baxdım ki, zənglər gəlib. Elə bildim ki, dərsə getmədiyim üçün qrup yoldaşlarım zəng edir. Ardınca xalam zəng edib soruşdu ki, atandan xəbərin var? Dedim, nə olub ki? Dedi ki, xəstəxanadadır, səninlə görüşə bilməyəcək. Bizim də yataq otağından mətbəxə açılan bir pəncərə var idi. Oradan mətbəxdəki televizora baxdım ki, atam orada mahnı ifa edir. Dedim, xala, atam verilişdə oxuyur, yalan xəbərdir.

Bir də gördüm ki, mahnı kəsildi, deyildi ki, Rüfət Mehdiyev dünyasını dəyişib. Təsəvvür edin, səhər tezdən o xəbəri eşitdim, dəhşətə gəldim. Birdən burnumdan qan açıldı, saatlarla kəsmədi. Atamdan doymadım. Uşaqlığımda da onunla doyunca vaxt keçirə bilmədim, həm də onu tez itirdim. İndi hər işimdə, uğurumda da, çətin günümdə də atamın yoxluğunu hiss edirəm. Kaş sağ olaydı, yanımzda olaydı. Heç nə deməzdim, sadəcə qucaqlayardım. Biz onu çox tez itirdik. Düzdür, hər yaşda valideyn itkisi ağırdır. Biz həm ondan doymadıq, həm də qəfil itirdik. Bir var insan xəstə olur, bilirsən ki, əlindən nəsə gəlmir. Bizdə elə olmadı. Bir səhər tezdən oyanırsan, atanla görüşə getmək üçün hazırlaşırsan, amma eşidirsən ki, o, artıq yoxdur. Görüşə getmək əvəzinə cənazəsinin üstünə gedirsən".

Qeyd edək ki, R. Mehdiyev 2011-ci ildə 41 yaşında dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm