Magazin1
“Ağsaqqal” obrazındakı mesaj - Müğənninin xanımı hamını kövrəltdi
“Azik kimi insanlar çox az gəlir dünyaya... Yəni təsəvvür edin, belə gözəl qəlbli və xasiyyətli oğlan yoxdur da dünyada”.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Samir Piriyevin həyat yoldaşı Anara Fətəli İnstaqram hesabındakı mərhum aktyor Azər Baxşəliyevlə bağlı paylaşımında qeyd edib. O sözlərinə belə davam edib:
“Uzun illər iş yoldaşı olmuşuq onunla, yalnız deyib gülmüşük, çətinliklərin üzünə də gülməyi öyrətmişdi bizə. Neçə gündür qızımla bərabər sənə dua edirdik. Azik... Sən bizim möcüzəmiz olacaqdın, oyanandan sonra sənə zarafatla "Кощей бессмертный" yazacaqdım, olmadı, bu dəfə çətinin üzünə gülə bilmədik. Azik... Ağlayırıq, özü də yana-yana ağlayırıq. Çünki ölüm sənə yaraşmadı. Allah ailəsinə səbr versin...”
Bloqer növbəti paylaşımında isə izləyicilərini daha da kövrəldib:
“Həyat nə qəribədir, ilahi... Təsadüflərə heç vaxt inanmamışam. Zamanında çəkilən hər şəkildə, deyilən hər sözdə, oynanılan hər obrazda belə həyatın bizə bir mesajı var. Onu hər kəs zamanında anlamır. “Ağsaqqal” obrazını candan oynamağı onun yaşlılığını heç vaxt görməməsinin, qızına doyunca atalıq edə bilməyəcəyinin, yoldaşı ilə bir yerdə yaşlanmayacağının, heç 39 yaşı tamam olmamış bu dünyadan cavan gedəcəyinin mesajı imiş bəlkə də...”
-
Elm və təhsil18:48Sevinc Həsənova vəzifəsindən AZAD EDİLDİ
-
ABŞ18:24Melaniya Tramp Ağ Evdə özü haqqında filmin nümayişini keçirdi
-
Digər17:39Kuba müharibəyə hazırlaşır? - Prezident təlimlərə qatıldı
-
İqtisadi gündəm17:19"Temu" satışları dayandırdı, milyonlara istifadəçi şokda
-
İdman17:09Xabi Alonso “Qarabağ”la oyun öncəsi “Liverpul”a qayıdır?
-
Hadisə16:1520 işçinin maaşını verməyən icarədar saxlanıldı
-
Yaxın Şərq16:05Hərbçilər 4 kilometrlik tuneli məhv etdilər
-
Magazin215:357 kilo arıqlayan müğənni bikinidə fotosunu paylaşdı - FOTO



































