Aygün Kazımova muzeyini açacaq - VİDEO
Bizi izləyin

Magazin1

Aygün Kazımova muzeyini açacaq - VİDEO

Xalq artisti Aygün Kazımova uzun illərdir səhnədəki özəl geyimləri ilə tanınır. Pop diva 20 ildən çoxdur ki, səhnə geyimlərini qoruyub saxladığını və onları kolleksiya olaraq gələcəkdə daha da dəyərləndirəcəyini bildirib. Kazımova bu geyimlərin onun sənət həyatının bir parçası olduğunu və hər birinin özündə unudulmaz xatirələr saxladığını vurğulayıb.

Publika.az xəbər verir ki, Xalq artisti gələcəkdə səhnə geyimlərindən ibarət bir ev muzeyi açmağı planlaşdırır. Bu muzeydə onun illər ərzində istifadə etdiyi ən diqqət çəkici və xüsusi geyimlər yer alacaq. Pop diva həmin geyimləri yalnız öz sənət həyatını deyil, həm də onunla bağlı olan xatirələri və təcrübələri yaşatmaq üçün sərgiləmək istədiyini bildirib. .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm