Bakıda bloqerlərin təhlükəli yol macərası - DİN tədbir gördü
Bizi izləyin

Magazin1

Bakıda bloqerlərin təhlükəli yol macərası - DİN tədbir gördü

Bakıda bloqerlərin təhlükəli yol macərası - DİN tədbir gördü

Bakıda bir qrup bloqer yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi təhlükə altına atıb.

Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, bloqerlər törətdikləri qayda pozuntusunu videoya çəkərək sosial şəbəkədəki izləyiciləri ilə paylaşıblar.

Onlardan biri hərəkətdə olan avtomobildə səkkiz nəfərin olduğunu bildirib. Bu isə qanunvericiliklə müəyyən edilmiş normadan xeyli artıq sərnişindaşıma olmaqla yanaşı, həm də sürücünün diqqətini yayındıran əsas amillərdən biridir.

Bundan əlavə, avtomobilin sükanı arxasında olan şəxs daxil olmaqla heç bir sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi qəza zamanı ölüm riskini dəfələrlə artıran ciddi qayda pozuntusudur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) saytın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb. Araşdırmalar nəticəsində qayda pozuntusuna yol verən sürücü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Faktla bağlı sürücünün barəsində inzibati protokollar tərtib olunub və tədbir görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm