Magazin1
Nüşabə ailə faciəsindən danışıb hönkür-hönkür ağladı - VİDEO
Müğənni Nüşabə Musayeva "Rəngarəng" verilişində yaşadığı ağır ailə faciəsini xatırlayaraq göz yaşlarına boğulub.
Publika.az xəbər verir ki, sənətçi illərdir yaddaşında dərin iz buraxan bu hadisədən danışarkən emosiyalarını saxlaya bilməyib.
Onun sözlərinə görə, həmin faciə ilə sanki 15 yaşında həyatdan qopub.
"O yaşımı heç xatırlamaq istəmirəm. Elə bil 15 yaşımda ölmüşəm. Avtomobil qəzasında anamı, bacımı, qardaşımı və əmioğlumu gözlərimin önündə itirdim. Əmioğlumun toyundan qayıdırdıq, hamımız şən idik, gülə-gülə gəlirdik. Yalnız bir an yadımda qalıb ki, atama 'yavaş sür' dedim. Ondan sonrasını xatırlamıram", - deyə Musayeva bildirib.
Müğənni əlavə edib ki, ayılanda ona yalnız bir nəfərin sağ qaldığını deyiblər. Hadisə zamanı kiçik qardaşının cəmi 8 yaşı olub. "Hər kəs toplaşmışdı, şok vəziyyətində idim, nə baş verdiyini anlamırdım. 10 yaşında qardaşım ayağımın yanında can verdi. Onun çıxardığı səsi heç vaxt unuda bilmirəm", - deyə sənətçi hönkür-hönkür ağlayaraq danışıb.
Nüşabə Musayeva bu cür ağır xatirələri indiyədək övladlarının yanında dilə gətirmədiyini də qeyd edib. Onun səmimi etirafları verilişdə kövrək və təsirli anlara səbəb olub.(Milli.az)
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə








.jpg)

.jpg)





.jpg)




.jpg)









.jpg)



