Magazin1
Rəqsanə barışıq sevincini belə ifadə etdi: "Çatlayın, partlayın, ölün..." - VİDEO
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasında yaşanan qalmaqal yekunlaşıb.
Publika.az xəbər verir ki, Rəqsanə İsmayılovanın üzrxahlığına Səidə Bəkirqızı barışıq mesajı ilə cavab verib.
Səidə Bəkirqızı bildirib ki, Rəqsanə xanım onun çıxışını tam izləməyib:
“Mən deməmişəm ki, Rəqsanə kimi xanımı evində arvad edən kişi deyil və sairə. Demişəm ki, Rəqsanə kimi xanımları, sənət adamlarını evinin xanımı etmək hər kişinin işi deyil. Eyni zamanda bizim kimi tanınan aparıcıları da evinin xanımı etmək hər kişinin işi deyil. Çünki biz evdə oturan xanımlar deyilik, ictimaiyyətə açıq insanlarıq. O cür cəsarətli fotosessiyanın arxasında Fazil müəllim dayandığı üçün Rəqsanə bunu bacardı. Mən Fazil müəllimi aşağılamamışam. Elə bir tərbiyə almamışam ki, kiminsə həyat yoldaşını ələ salım”.
Aparıcı qeyd edib ki, onun çıxışında təhqir olmayıb və məsələnin bu həddə çatmasına səbəb üçüncü şəxslərin yanlış yönləndirmələri olub:
“Çox istərdim ki, Rəqsanə xanım beş dayaz düşüncəli işçi əvəzinə bir ağıllı insanı yanında saxlasın. Mənim çıxışımda təhqir yox idi. Lakin verilişdə Aynur Dadaşova sizi yenidən provokasiyaya çəkdi. Əgər yanınızda sizi doğrudan sevən insanlar olsaydı, deyərdilər ki, Səidə xanımın çıxışına diqqətlə baxaq. O zaman məsələ bu qədər böyüməzdi”.
Səidə Bəkirqızı əlavə edib ki, yaranan vəziyyətdən özü də narahatdır:
“O qədər utanıram ki, saytı açırsan Səidə, sosial mediada Səidə. Evdə TikTok-u silmişik. Buna baxmayaraq, hörmət olaraq deyirəm ki, yanınızdakı şəxslər sizi zərrə qədər sevmir. Mənim efirim hər kəsə açıqdır. Bizim heç kimlə düşmənliyimiz yoxdur”.
Rəqsanə İsmayılovanın barışıqla bağlı açıqlaması isə birmənalı qarşılanmayıb. O, qonaq olduğu verilişdə sevincini bu sözlərlə ifadə edib:
“Çatlayın, partlayın, ölün, istədiyiniz olmadı. Bizi dalaşdırmaq istədilər, alınmadı. Səidə bacı, sənə bir qazan dovğa bişirib gətirəcəyəm”.(Savashmedia.az)
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə








.jpg)

.jpg)





.jpg)




.jpg)









.jpg)



