Magazin1
Xalq artisti Nəzrinin niyə gec ailə qurduğunu açıqladı: Kim elçi gəlirdisə...
"Arzularımı bir-bir yazmışam. Mənə çox ritual deyirlər: onu belə et, bunu yaz. Amma yazıram, yaddan çıxmasın. Balalarımın salamat olmasını, sənətim üçün dualarım var".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Yurd FM"də qonaq olarkən deyib. Müğənni övladlarından, onlara qoyduğu qadağalardan danışıb:
"Övladlarım haqda danışmağı sevmirəm. Qızımdan da danışmayaq. Nəzrin sosial şəbəkədə məşhur olduğu üçün onun haqda danışıram. Hər zaman deyirdim ki, övladlarımın bu sənətə gəlməyini istəmirəm. Heç səs istedadları da olmayıb. Nəzrinin rəssamlığa meyli var idi, amma çalışdım onu səhnədən qoruyum. Onlara elə savad verdim ki... Oğlumu xaricə göndərdim ki, burada tanınmasın. Amma alınlarına tanınmaq yazılıbsa, olacaq. Kiçik olanda çəkilişə icazə vermirdilər. Həyat yoldaşıma isə işinə görə efirə çıxmaq olmazdı. İndi hamısı hər yerə çəkilir. Deyirəm, məni tək qoyurdunuz, indi nə oldu?".
M.Eyubova bloger qızı Nəzrinin müğənni Mərdan Kazımovla ailə qurmasından danışıb:
"Nəzrin bizdə gec ailə qurdu. Uşaq vaxtından evdə toy-bayram idi: ana, tələbələr oxuyur. Bayram ab-havalı ailədə böyüyüb. Kim gəlirdi, onu bəyənmirdi. Deyirdi ki, darıxdırıcıdır, necə onunla ailə qura bilərəm? Allah Mərdanı ona qismət etdi. Dedim, get, ömürboyu oxu, oyna. Mərdan müğənnidir, əgər Nəzrinlə evlənibsə, deməli, onun xasiyyəti yaxşıdır, bütün keyfiyyətlərin hamısı onda var. Əsl kişi xasiyyətli adamdır".
Qeyd edək ki, M.Eyubovanın 4 övladı var. (Axşam.az)
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə








.jpg)

.jpg)





.jpg)




.jpg)









.jpg)



