Magazin1
O uşaqdır, cavab vermədim, anası ilə danışdım - Ülviyyə Namazova
Müğənni Ülviyyə Namazova "Evli bir insan sevirəm" adlı mahnısı ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, Ülviyyə Namazova "Tarixin bir günü" adlı canlı efirdə müğənni Yağmurun onun mahnısı ilə bağlı iradlarına cavab verib. O bildirib ki, məsələ ilə bağlı Rəqsanə İsmayılovanın özü ilə danışıb və Yağmurun tənqidlərinə ciddi yanaşmayıb:
"'Evli bir insan sevirəm" mahnıma tənqid yazılıb. Bu barədə Rəqsanə xanımın özü ilə danışdıq. Yağmur uşaqdır, anası ilə də danışdım. Ona görə cavab vermədim".
Müğənni qeyd edib ki, sözügedən mahnı yalnız onun ifasında səslənməyib və mövzu dünya musiqisində də geniş yayılıb:
"Bu cür mahnıları tək mən oxumamışam. Türkiyəli ifaçılar da səsləndirib. Röya, Sevil, Sevinc - hamı oxuyub və çox da sevilib".
Ülviyyə Namazova əlavə edib ki, mahnı bir neçə il əvvəl trendə çevrilərək ön sıralarda yer alıb. Onun sözlərinə görə, Rəqsanə İsmayılova da Yağmurla danışaraq bu cür açıqlamalara yol verməməsini tövsiyə edəcəyini bildirib.
Sözügedən açıqlamalar efirdə və sosial mediada geniş müzakirələrə səbəb olub.(milli.az)
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 9 Noyabr 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi








.jpg)

.jpg)





.jpg)






.jpg)








.jpg)



