Magazin1
"Aqşinlə dostluq edəndə Nəfəs tanınmırdı, 6 yaşımda..."
Müğənni Aysun İsmayılova canlı efirdə bir müddət öncə söylədiyi sözlərə münasibət bildirib və bəzi açıqlamalarının yanlış anlaşıldığını qeyd edib.
Publika.az xəbər verir ki, o, Nəfəslə münasibətinin yaxşı olduğunu vurğulayıb:
"Bununla bağlı Nəfəslə danışdıq. Aramızda gözəl münasibət və qarşılıqlı hörmət var. Sual verdilər ki, Aqşinlə duetinə görə Nəfəs inciməyəcəkmi? Dedim ki, mən Aqşini tanıdıqda Nəfəs tanınmırdı. 6 yaşından şou-biznesdəyəm, Aqşinlə yaxın dostluğumuz "Barama" filminin çəkilişindən yaranıb, daha sonra "Maşın Şou"da da gözəl dostluq münasibətimiz oldu. O vaxtlarda Nəfəs müğənnilik etsə də tanınmırdı. Nəfəsə ironiya ilə heç nə demirəm. Aqşin bəy yalnız mənimlə deyil, həm də Vəfa xanımla və başqaları ilə duetləri var, Nəfəsin xətinə dəyməz.
Bundan əlavə, o vaxt bir verilişdə Talıb Tale ilə Nəfəs xanım duet oxuyub, sonra Zeynəblə oxuyublar. Orada Talıb Nəfəsə deyib ki, "Küsməzsən?" Burada nə var ki? Duetdir də. Mən birlikdə oxuduğuma başqası ilə oxuma deyə bilmərəm".
Aysun İsmayılova sözlərinin yanlış yozulmasından danışaraq, Nəfəslə münasibətlərinin dostluq çərçivəsində davam etdiyini bildirib.(Milli.az )
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 9 Noyabr 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi








.jpg)

.jpg)





.jpg)






.jpg)








.jpg)



