Magazin1
Tolikdən ekspertlərə sərt sözlər: “Danışığınızı bilin!” - VİDEO
Tarix Əliyev (Tolik) sosial televerilişlərin ekspertlərini hədəfə alıb.
Publika.az xəbər verir ki, o, “Öz aramızda” verilişində bildirib:
“Qızı boşanan biri çıxıb ekspertlik edir, ailə sahibi olmayan adam rayon camaatına məsləhət verir. Alim adını daşıyırsınız, amma danışığınıza fikir vermirsiniz. Mən Türkiyədə görməmişəm ki, alim müğənnilər haqqında danışsın.
Subay insanlarsınız, sizə necə inanım? Danışıq tərzinizi bilmirsiniz. Siz kimsiniz ki, haqqımda fikir bildirirsiniz? Mən rəhbərləriniz haqqında danışmıram. Hansı verilişlərdə nə danışdığınızı da bilirik.
Deyirik ki, bu sahənin adı şou-biznesdir. Bura əyləncə məkanıdır, namus dərsi keçilən yer deyil. Hansısa alim çıxıb Lopez haqqında “efirdən çıxarılsın” demir. Hər sahənin öz qaydası var.
O gün “TikTok”da görürəm ki, bir politoloq deyir: "Zaur Kamalın verilişini bağlamaq laızmdır". Kimlərinsə ünvanına söz atmaq alimə yaraşmaz. Əgər həqiqətən savadlısınızsa, ciddi platformalarda çıxış edin. Bu ölkədə ən asan iş məsləhət verməkdir. Hamı başqasına ağıl öyrədir.
O gün toyda bir nəfər Eltona deyir ki, yaxşı müğənnisən, bir də c**dır mahnı oxuma. Bəyəm “c**dır” alimə yaraşan sözdür?! Ağzınızın danışığını bilmirsiniz, gəlib mənə nə öyrədəcəksiniz?!
Hərə öz sahəsində gözəldir. Musiqiçi musiqi ilə məşğul olmalıdır, alim elmlə. Dövlət də hər şeyi yaxşı bilir. Quru-quru məsləhət verməkdənsə, konkret iş görmək lazımdır!”(“Yeni Sabah”)
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 9 Noyabr 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi








.jpg)

.jpg)




.jpg)






.jpg)








.jpg)



