Magazin1
"Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı" - Mətanət
"Mənə başqa bir fikirdə yanaşmaq istəyən olanda da oturub söhbət edirəm. Başa düşülmədim. Qarşı cinsin nümayəndəsi... Onun qarşısında diz çöküb ağlamışam. Demişəm ki, qarşında dünyanın bədbəxt qadını dayanıb. O, səndən heç nə istəməyib. Onun gözü sənin cibində, surətində deyil, qəlbindədi".
Publika.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Rəngarəng" verilişində deyib. O, yarım qalan sevgisindən danışıb:
"Onun yarasını sağalda, gözünün yaşını quruda, şux baxışla, gözəl sözlə ürəyini sevindirə bilirsənsə, yanında ol. Ola bilər ki, gözəl deyiləm, bunu mənə demə. Yaşım səndən böyük ola bilər, deyib sındırma. Məni elə günə qoydu, elə bədbəxt etdi ki... 24 saat əməliyyatdan çıxan gözlərimin yaşı qurumadı. Bu qız səndən nə istədi? Xoşbəxtlik, üzü gülsün və əsəbiləşib səsi batmasın. Bu həyatdan yarımamışam. Ona xoşbəxtlik vermirsən, vermə. Amma təhqir etmək olmaz".
M.Əsədova yaşadığı eşq acısına görə uzun müddətdir gündəmdən uzaqlaşdığını deyib:
"Heç bir ananın balasına bunu etmək olmaz. Sən görürsən ki, Mətanət səni nə dərəcədə istədi. Sən də gördün ki, ona bağlanırsan belə etdin. Deyirəm ki, belə etmə, bu problemi düzəlt. Qayıdardı ki, olmur. Bir də var ki, deyirsən, heç vaxt, belə də öləcəksən, çürüyəcəksən. Belə olmaz. Əgər Mətanət diz çöküb, ayağından öpüb, yalvarırsa... Burada nə var... Götürüb silahı alnımdan vurardım. Qadına belə etmək olmaz. Eşqimi elə etdi ki, qəlbim parça-parça oldu. Görürsünüz, mahnı çıxartmıram, səhnədə, efirdə yoxam. Başım belə bir dərdə qarışmışdı".
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 9 Noyabr 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi








.jpg)

.jpg)




.jpg)






.jpg)









.jpg)



