Zəlimxan Yaqub: “Bədənim qüvvəsini itirib” - ÖZƏL
Bizi izləyin

Magazin1

Zəlimxan Yaqub: “Bədənim qüvvəsini itirib” - ÖZƏL

Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubdan xəbər var.

Səhhəti ilə bağlı Publika.az-a danışan şair müayinə və müalicə olunmaq məqsədi ilə Almaniyaya gedəcəyini bildirib: “Ömrümün sonuna qədər müalicə olunmalıyam. Çünki böyrəklərim sıradan çıxıb və mütəmadi olaraq, həkim nəzarətində müalicəmi davam etdirməliyəm. Aprelin 20-də Almaniyaya yola düşürəm. Orda bir müddət qalıb müalicə olunacağam”.

Xalq şairi böyrəklərinin dəyişdirilməyəcəyini də deyib: “Xəstəlik nəticəsində bədənim öz qüvvəsini itirib, bəzi xəstəliklərdən əziyyət çəkirəm, buna görə də həkimlər böyrək əməliyyatının mümkünsüz olduğunu deyiblər. Azərbaycan və alman həkimlərin nəzarəti altındayam. Ən əsası, Allahın nəzarətindəyəm”.

Səhhətindəki problemlərə baxmayaraq, Zəlimxan Yaqub hər gün şeir yazdığını söyləyib: “Hər gün yazıram, ürəyimin atəşini ağ kağıza tökürəm. Mənimki sözdür, söz olmasa, həmin gün ölərəm. Ölənə qədər də yazacam”.

Qeyd edək ki, xalq şairi böyrək xəstəliyindən əziyyət çəkir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm