Magazin1
Moskvalı rəssam Musiqili Teatrda - FOTOLAR
Dövlət Musiqili Teatrında SSRİ xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin hazırda məşqləri gedən “Qafqazlı qardaşqızı” operettasının səhnə tərtibatının eskizlərinin müzakirəsi ilə bağlı dinləmələr keçirilib.
Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Publika.az-a bildirib ki, teatrın direktoru Əliqismət Lalayev yeni tamaşanın süjet xətti, ideyası, günümüzlə səsləşən məqamları haqqında məlumat verib.
Sonra tamaşanın quruluşçu-rəssamı, Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji hazırladığı eskizlərlə bağlı çıxış edib. Dmitri Çerbadjinin çıxışından sonra teatrın rus bölməsində hazırlanacaq tamaşanın quruluşçu-rejissoru Əli Usubov, direktor müavinləri- Elxan Ocaqov, Hüseyn Hüseynov, geyim üzrə rəssam Yelena Almazova və texniki şuranın digər üzvləri çıxış ediblər. Müzakirələrdən sonra Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji tərəfindən işlənən baxımlı və maraqlı tərtibat müəyyən təkliflərlə qəbul olunub.
Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeystrləri Leyla və Zakir Ağayevlərdir. Teatrın rus bölməsində hazırlanan tamaşada əsas rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin və başqaları ifa edirlər.
Cəvahir
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB6 May 19:50
Rusiyadan Qərbə xəbərdarlıq