Magazin1
Məşhur ansambl yubileyə hazırlaşır - ÖZƏL FOTOLAR
Bu il qızlardan ibarət məşhur “Nigar” qızlar ansamblının 35 illik yubileyi olacaq.
Tanınmış sənətkar Zahidə Məmmədsalahovanın rəhbərliyi altında yaranan ansambl bu gün də fəaliyyətini davam etdirir.
Təəssüratlarını Publika.az-la bölüşən Z.Məmmədsalahova ansamblın bu gün də fəaliyyətini davam etdirdiyini deyib: “İlk dəfə mən solo ifaçı kimi İslam Rzayevin ansamblında fəaliyyət göstərirdim. Sonradan fəaliyyətimi müstəqil davam etdirməyə başladım. İslam Rzayevin xeyir-duası ilə qızlardan ibarət “Nigar” ansamblını yaratdım. Ansambl Azərbaycanın bütün bölgələrində, eləcə də xarici ölkələrdə qastrol səfərlərində olub. Hətta o vaxtlar İranla sərhəd açıq olmadığı üçün Cənubi Azərbaycana gedib-gəlmək indiki kimi asan deyildi. Həmin vaxtlarda “Nigar”-ın qızları Tehranda, Ərdəbildə, Təbrizdə konsert proqramları ilə çıxış edib. Hamısı da başı örpəkli”.
Türkiyədə, eləcə də dünyanın bir sıra ölkələrində verdiyimiz konsertlərin lent yazıları bu gün də Qızıl Fonda saxlanılır.
Z.Məmmədsalahovanın sözlərinə görə, bu günün tanınmış sənətçilərin əksəriyyəti “Nigar” qızlar ansamblında fəaliyyət göstərib.
Onu da öyrəndik ki, ansamblın üzvlərindən biri dünyasını dəyişib: “Amma yenə də fəaliyyət göstəririk. Sadəcə, olaraq efirlərə çıxmırıq”.
Z.Məmmədsalahova onu da bildirib ki, “Nigar” ansamblının yubileyi münasibəti ilə köhnə lent yazılarının albom şəklində buraxılması da nəzərdə tutulub.
Cəvahir Səlimqızı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı