Habil Əliyevdən şad xəbər
Bizi izləyin

Magazin1

Habil Əliyevdən şad xəbər

Xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhətində irəliləyişlər var. Kaman ustası dərman qəbulunu dayandırıb.

Bu barədə Publika.az-a xalq artisti özü məlumat verib:

“Həkimlər sağlıq durumumun yaxşılaşdığını deyirlər. Özüm də artıq gümrahlaşdığımı hiss edirəm. Buna görə də dava-dərmana ara vermişəm. Amma qızlarım həkimdir, başımın üstündən əskik olmurlar. İstəyirəm, təbiət qoynuna çıxım. İnşallah, Şərqiyyə ilə birgə mənzərəli bölgələrimizin birinə gedib istirahət edəcəyik”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm