Magazin1
Aytən Səfərova ANS rəhbərliyinin təzyiqindən şikayətləndi
ANS telekanalının ən təcrübəli əməkdaşlarından olan Aytən Səfərova bu gün yenə efirə çıxmayıb. Publika.az xəbər verir ki, “Salam Azərbaycan” verilişinin aparıcısı işlədiyi şirkətdə ona qarşı basqılardan şikayətçidir. Bu haqda məşhur xanım telejurnalist özü sosial şəbəkədə status paylaşıb:
“Allah mənə səbir və bəzilərinə qarşı güclü immunitet versin. Bezmişəm. Yorulmuşam. Nə qədər təpki olar?”
Aytən Səfərovanın statusu sosial şəbəkədə əməlli başlı müzakirəyə səbəb olub. Əksər şərh yazanlar telejurnalistə sevgisini bildirib.
İzləyiciləri ilə fikir mübadiləsi aparan Aytən Səfərova xaraktercə dəyişməz olduğunu və kimsəyə görə fikrindən dönməyəcəyini bildirib.
Digər diqqətçəkən məqam isə Babayev adlı istifadəçinin “Aytən, nə edirsən et, ANS-dən getmə” şərhinə Səfərovanın cavabı olub. Belə ki, aparıcı bu xahişə “...” işarəsi qoymaqla kifayətlənib.
Aytən Səfərovanın statusu və həmin işarəsi onun bu gün aparıcısı olduğu “Salam, Azərbaycan!” verilişinin efirinə çıxmamasının səbəbini izah edir.
İsa Şükürov
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI