Bakıya valeh olan Ornella Muti indi də Ermənistanda
Bizi izləyin

Magazin2

Bakıya valeh olan Ornella Muti indi də Ermənistanda

Əfsanəvi italyan aktrisa Ornella Muti Bakıdan sonra da İrəvana gedib. 60 yaşlı aktrisa Ermənistanda keçirilən “Qızıl ərik” beynəlxalq film festivalına fəxri qonaq statusunda qatılıb.

Ermənistan paytaxtında konyak zavoduna da baş çəkən aktrisanı qədim Azərbaycan şəhəri ovsunlayıb. Belə ki, Muti “sputnikarmenia” saytına açıqlamasında orada filmə çəkilməyə hazır olduğunu da bildirib.

Xatırladaq ki, Ornella Muti Azərbaycanda keçirilən Avropa Oyunlarının bağlanış mərasiminə fəxri qonaq olaraq dəvət olunmuşdu.

Abbas

Oxumağa davam et
Reklam
Reklam

Gündəm