Müğənni ərinə xəyanət edib
Bizi izləyin

Magazin2

Müğənni ərinə xəyanət edib

Amerikalı müğənni Qven Stefani həyat yoldaşı Qevin Rassdeyl ilə nigahda olduğu vaxt ona xəyanət edib.

Publika.az qərb mətbuatına istinadən xəbər verir ki, indiyədək hər kəs elə bilib ki, müğənninin həyat yoldaşından ayrılma səbəbi Qevinin müğənniyə uşaqlarının dayəsi ilə xəyanət etməsidir. Indi isə məlum olub ki, xəyanət edən tərəf Qvendir. O, həmkarı Bleyk Seltonla sevgi münasibətində olub. Son bir ildə Bleyklə səmimi münasibətdə olan Qvenin hərəkətləri şou kimi qiymətləndirilir.

Qven həyat yoldaşı ilə bağlı bütün xatirələri unutmaq üçün 2007-ci ildən 3 uşağı ilə birlikdə yaşadıqları Beverli Hillzdəki malikanələrini da satışa çıxardıb. Cütlük 13 milyon dollara aldığı evi 26 milyon dollara satır.

Qeyd edək ki, bir ay əvvəl Bleyk də məhkəməyə müraciət edərək həyat yoldaşı Miranda Lambertdən ayrılmaq üçün ərizə verib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm