Şahan Gökbaharın yeni filmi hazırdır - FOTOLAR
Bizi izləyin

Magazin2

Şahan Gökbaharın yeni filmi hazırdır - FOTOLAR

İzlənmə rekordları qıran “Recep İvedik” filmləri ilə tanıdığımız yumorist, rejissor və aktyor Şahan Gökbahar yenidən güldürməyə hazırlaşır.

Publika.az xəbər verir ki, Şahanın “Osman Pazarlama” adlı yeni filminin çəkilişləri tamamlanıb. Filmin rejissorluğunu Şahan Gökbaharın qardaşı Toqan Gökbahar edib. Ssenarini isə iki qardaş birgə yazıb. Çəkilişləri İstanbulda baş tutan film 5 həftədə tamamlanıb.

Film aşiq olduğu qızla evlənə bilmək üçün iş adamı olmaq istəyən Osman Şaşmazın başına gələnlərdən bəhs edir.

Qeyd edək ki, film Türkiyədə fevralın 19-da təqdim ediləcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm