Məşhur cütlüyün uşaqları məktəbə getmir
Bizi izləyin

Magazin2

Məşhur cütlüyün uşaqları məktəbə getmir

Hollivud ulduzları Ancelina Coli və Bred Pitt uşaqlarına lazımi diqqət və vaxt ayırmadıqlarına görə qınaq obyektinə çevriliblər.

Publika.az xəbər verir ki, 6 uşaq atası olan Pitt ittihamlara cavab verib. O, bu qınaqlarla tam razı olmadığını bildirib:

“Düzdür, bizim heç bir uşağımız məktəbə getmir. Müəllimlər evə gəlib dərs keçir. Amma biz uşaqlarımıza komandanın, birliyin vacibliyini aşılamaq üçün onları müxtəlif idman oyunlarına yazdırırıq. Vaxt ayırmadığımıza gəlincə, Coli və mən eyni zamanda hər hansı bir işlə məşğul olmuruq. İkimizdən biri mütləq uşaqların yanında qalır. Biz ailəliklə dünya vətəndaşıyıq. Bizim konkret yaşadığımız bir ünvan yoxdur. Çəkilişlərlə əlaqədar olaraq müxtəlif ölkələrdə oluruq. Bu zaman biz bütün ailəliklə həmin ölkəyə köç edirik. Mən düşünürəm ki, valideyn uşaqlarının dünya görünüşünün artmasına və onların bu həyatdan nə istəməsini anlamasına kömək etməlidir. Mən də bu işdə əlimdən gələni edirəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm