Qanlı yanvar bu tamaşa ilə xatırlanacaq - FOTOLAR
Bizi izləyin

Magazin2

Qanlı yanvar bu tamaşa ilə xatırlanacaq - FOTOLAR

Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tamaşa nümayiş etdiriləcək.

Publika.az xəbər verir ki, yazıçı-dramaturq Tamara Vəliyevanın Qanlı 20 yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” əsəri əsasında hazırlanan eyniadlı tamaşa yanvarın 19-da göstəriləcək.

Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.

Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmdova, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Rövşən Abbasov, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm