34 yaşlı müğənni qorxu içindədir - FOTOLAR
Bizi izləyin

Magazin2

34 yaşlı müğənni qorxu içindədir - FOTOLAR

Beyons hamiləliyinin pozulmasından narahatdır.

Deyilənə görə, 34 yaşlı pop-diva Beyons və əri Cey-Zi ikinci dəfə valideyn olmağa hazırlaşır. Cütlük hələlik bu xəbəri təsdiq etməyib. Lakin sonuncu baş verən hadisələr xəbərin doğru olduğuna işarə edir.

Publika.az xəbər verir ki, bu dəfə paparassilər Beyonsu yeni klipinin çəkilişləri vaxtı çəkib.

Beyons qara uzun paltarı geyinib, onun yanında dublyoru olub. Dublyor ulduzu bir neçə təhlükəli səhnələrdə əvəz edib. Mənbənin sözlərinə görə, Beyons özünü riskə atmaq istəmir. Ulduz hamiləliyinin beşinci ayında olduğu üçün dublyorun köməyindən istifadə etmək qərarına gəlib.

Xatırladaq ki, Beyons və Cey-Zi 2008-ci ildə ailə qurublar. Cütlüyün 4 yaşlı Ayvi Blu adlı qızı var.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm