Sibel Can evlənir
Bizi izləyin

Magazin2

Sibel Can evlənir

Türkiyəli müğənni Sibel Can evlənir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı altı ay əvvəl Monakoda tanış olduğu ingilis iş adamı ilə Ramazan bayramından sonra Fransada evlənəcək.

Evlilik hazırlıqlarına başı qarışan 45 yaşlı müğənni gəlinliyini də artıq sifariş verib. Sibel Canın gəlinliyini Türkiyənin tanınmış modelyeri Nur Yerlitaş tikəcək. Deyilənlərə görə, müğənni ağ və sadə gəlinlik istəyib.

Toy isə Sibel Canın Fransanın turistik bölgəsində yerləşən Kot d'Azurdakı evində keçiriləcək. Toya Sibel Canın ancaq yaxın dostları dəvət olunacaq.

Məlumat üçün bildirək ki, Sibel Can 1988-ci ildə Hakan Uralla ailə qurub. Onlar 1999-ci ildə boşanıb. Bu evlilikdən cütlüyün bir oğlu və bir qızı var. Müğənni 2000-ci ildə də Sülhü Aksüt ilə evlənib. Sənətçinin 10 il davam edən bu evlilikdən də bir oğlu var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm