Aktrisa AYAĞA QALXDI: “Soyunmayacağım halda məni...” - - FOTOLAR
Bizi izləyin

Magazin2

Aktrisa AYAĞA QALXDI: “Soyunmayacağım halda məni...” - - FOTOLAR

Lüt şəkillər çəkdirməyəcəyi halda onun karyerasına son qoyacağını deyərək təhdid edib.

Məşhur aktrisa Kira Naytli verdiyi müsahibədə Hollivudda baş verən gender bərabərsizliyindən danışıb.

Publika.az bildirir ki, kişi aktyorlara aktrisalardan daha çox qonorar verilməsinə görə 31 yaşlı Kira dəfələrlə böyük layihələrdən imtina edib. O, bunu haqsızlıq adlandırıb: “Qonorarın bölüşdürülmə siyasəti olduqca gülüncdür. Biz bununla bağlı nəsə etməliyik. Bu siyasətə görə mən ən yaxşı işlərdən imtina etmişəm”.

Bir müddət öncə bununla bağlı narahatlığını aktrisa Milan Kunis də dilə gətirmişdi. Ona da kişi tərəf müqabilindən daha az qonorar təklif olunub: "Hətta hollivud prodüserlərindən biri kişi jurnalı üçün lüt şəkillər çəkdirməyəcəyim halda karyerama son qoyacağı ilə məni təhdid etdi. Mən dəfələrlə alçalmışam, ikinci planda oynamışam, qonorarım kəsilib, yaradıcı təkliflərim rədd edilib. Və hər dəfəsində mən onlara haqq qazandırmışam: Bəlkə onlar daha yaxşı bilirlər. Onların “kişi” qanunlarına görə hərəkət etməyimi beynimə yeritmişdim. Ancaq yaş artdıqca anlayıram ki, bütün bunlar cəfəngiyatdır. Ən pisi də odur ki, mən onlarla əlbir olmuşam”.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm