Məşhur müğənni Yeni il konsertində biabır oldu - - VİDEO
Bizi izləyin

Magazin2

Məşhur müğənni Yeni il konsertində biabır oldu - - VİDEO

Müğənni özünə haqq qazandırmağa çalışaraq tamaşaçılara oxumağı təklif edib.

Nyu-Yorkun “Times Square” meydanında Yeni il bayramına həsr olunmuş konsert proqramı amerikalı müğənni Meray Keri üçün qalmaqalla başa çatıb.

Oxu.az xəbər verir ki, müğənni “Emotions” mahnısını ifa etməli idi, lakin fonoqramda problem yaranıb. Keri oxumağa cəhd belə etmədən paltarında mikrofon axtarmağa başlayıb.

“Nə isə, Yeni iliniz mübarək. Biz bu mahnını yoxlamamışdıq. Lakin o birinci nömrə oldu, bunu dəyişmək olmayacaq”, - müğənni özünə haqq qazandırmağa çalışaraq tamaşaçılara oxumağı təklif edib.

Növbəti mahnı da uğursuz olub. Kerri lazımsız anlarda mikrofonu aşağı endirirdi. Nəticədə müğənni “yaxşı olmadı” etiraf edərək səhnəni tərk edib.

Sonradan Keri sosial şəbəkələrdə pərəstişkarlarından üzr istəyib. Lakin internet artıq Meray Keri 2016-cı ilin “son qurbanı” olması barədə zarafatlarla dolu idi.

“Vaxtının bitməsinə 15 dəqiqə qalmış 2016-cı il son qurbanını özü ilə apardı - Meray Kerinin karyerasını”, - Twitter istifadəçilərindən biri yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm