“Cəsur və Gözəl”də oğurluq şoku!
Bizi izləyin

Magazin2

“Cəsur və Gözəl”də oğurluq şoku!

“Cəsur və Gözəl”də oğurluq şoku!

Baş rollarında Tuba Büyüküstün və Kıvanç Tatlıtuğun oynadığı “Cəsur və Gözəl” serialının çəkilişlərində oğurluq hadisəsi baş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tuzlada qurulan çəkiliş meydançasına gecə oğru girib. Məlum olub ki, oğru seyfi sındıraraq ssenaridə istifadə ediləcək 100 min dollar saxta pulu oğurlayıb. Hadisəni araşdırmaq üçün polis dəstələri çəkiliş yerinə gəlib, bu səbəbdən də 1 günlük fasilə verilib.

Oğurlanan saxta pullar yenidən hazırlandıqdan sonra çəkilişlər qaldığı yerdən davam edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm