Kıvanç Tatlıtuğla həyat yoldaşı arasındakı həqiqi yaş fərqi ortaya çıxdı! - FOTOLAR
Bizi izləyin

Magazin2

Kıvanç Tatlıtuğla həyat yoldaşı arasındakı həqiqi yaş fərqi ortaya çıxdı! - FOTOLAR

Kıvanç Tatlıtuğ ilə Başak Dizer arasındakı həqiqi yaş ortaya çıxdı!

Yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ və xanımı Başak Dizer arasında 6 il yaş fərqi olduğu ortaya çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur cütlük evləndiyi gündən bəri pərəstişkarları yaraşıqlı aktyoru özünə yaraşan həyat yoldaşı seçməməkdə günahlandırır. Səbəbi isə Başak Dizerin Kıvançdan 3 yaş böyük olmasıdır. Buna görə də aktyorun xanımı özünü daha kiçik göstərən geyimlər seçərək və makiyajdan minimum istifadə etməklə yaşından daha gənc görünməyə çalışır.

Lakin bu yaxınlarda məlum olub ki, cütlük arasında yaş fərqi 3 deyil, 6-dır. Belə ki, Başakın rəfiqəsi Buket Şener sosial şəbəkədə paylaşdığı uşaqlıq fotosuna iksinin də gerçək doğum tarixini qeyd edib.

Beləliklə məlum olub ki, Başak Dizer 1977-ci il, Kıvanç isə 1983-cü il təvəllüdülüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm