Rusiyanın ən gözəl qızı oldu - FOTOLAR
Bizi izləyin

Magazin2

Rusiyanın ən gözəl qızı oldu - FOTOLAR

Dünən Moskvada "Miss Rusiya 2017" gözəllik müsabiqəsi keçirilib.

Publika.az xəbər verir ki, gözəllik müsabiqəsində kraliça adı uğrunda ölkənin müxtəlif regionlarından qatılan 50 qız mübarizə aparıb.

Münsiflər heyətində məşhur gimnast Leysan Utyaşeva, Kseniya Suxinova, Sofiya Nikitçuk, Oksana Fyodorova və başqaları olub. Viktoriya Lopireva və Maksim Privalov şounun aparıcıları olub.

Müsabiqənin qalibi isə Sverlovski əyalətindən olan 21 yaşlı Polina Popova olub. Polina Rusiyada son 10 ildə keçirilən gözəllik müsabiqələrində yeganə sarışındır ki, birinci yerə layiq görülüb. Müsabiqənin qalibinə avtomobil və üç milyon rubl veriləcək. Gözəllik yarışmasının strateji tərəfdaşı olan “Mercury” şirkəti isə qalibə xüsusi mükafat - bir milyon rubl dəyərində qızıl boyunbağı verib.

Polina Popov bildirib ki, 15 yaşından bəri model biznesində çalışır. O, boş vaxtlarında çin dilini öyrənir, dağ xizək idmanı növü ilə məşğul olur. Model həmçinin jurnalist olmaq istəyini də dilə gətirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm