Məşhur milyarder Ərdoğana görə etdiyi mərci uduzdu: 550 min lirə ziyan
Bizi izləyin

Magazin2

Məşhur milyarder Ərdoğana görə etdiyi mərci uduzdu: 550 min lirə ziyan

Əli Ağaoğlu mərcdə 550 min lirə uduzub.

Publika.az xəbər verir ki, iş adamı dünən Türkiyədə keçirilən referendum seçkilərində 65 faizin “Bəli” cavabı verəcəyini iddia edib. O, bununla bağlı hətta 26 nəfərlə mərcə də girib.

Lakin gecə açıqlanan nəticələrdə məlum olub ki, Ağaoğlu mərcdə uduzub. Ağaoğlu mərcdə uduzduğu 26 nəfərə “Tom Ford”-dan kostyum alacaq.

“Tom Ford” markasının ən ucuz kostyumlarının qiyməti isə 4-5 min avrodan başlayır. Bu halda iş adamı 26 nəfərə ümumilikdə 550 min lirə (təxminən 275 min manat) ödəyəcək.

Başqa bir iş adamı Ethem Sancak da mərcdə uduzanlardan olub. O, 30 nəfərlə kostyumdan mərcə girib.

Dünən Türkiyədə seçicilərin 51,33 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm