Magazin2
72 yaşlı Türkan Şoraydan bəd xəbər gəldi
Uzun illərdir ki, kuşinq sindromundan əziyyət çəkən Türkan Şoray gizlicə əməliyyat olunub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəlik nəticəsində tez-tez kökələn əfsanəvi aktrisanın səhhətində problemlər yaranıb. Kökəldiyi üçün gəzməkdə çətinlik çəkən kino ulduzunun əməliyatı uğurlu keçib. Məlum olub ki, aktrisanın vəziyyəti hazırda qənaətbəxşdir.
Kuşinq sindromu nədir?
Kuşinq sindromu tez-tez qadınlarda rast gəlinən haldır. Bu xəstəlik zamanı qadın hədsiz dərəcədə kökəlir, qanda şəkərin miqdarı yüksəlir. Xəstələrin böyrəklərində şəkər olur. Böyrəküstü vəzilərindən kortizol adlı hormon hasil edilir. Əgər bu hormon böyrəküstü vəzilərindən çox miqdarda istehsal olunarsa, ya da kortizon adləı dərman uzun müddət yüksək miqdarda istifadə edilsə, kuşinq xəstəliyi meydana gəlir.
Piylənmədən fərqli olaraq kuşinq sindromu üçün xarakterik simptomları çiyin, ayaq və sağrı əzələlərinin atrofiyaya uğramasıdır. Məhz buna görə də, xəstə ayağa qalxdıqda çətinlik çəkir. Qarın əzələlərinin atrofiyaya uğraması qarnın "qurbağayabənzər" olmasına gətirib çıxarır və beləliklə də qarnın ağ xətt yırtıqlarının yaranmasına səbəb olur.
Piylənmənin proqressiv şəkildə artması və dəridə kollagenin azalması dəridə striya və ya cırılmalara gətirib çıxarır. Striyalar tünd qırmızı və ya bənövşəyi rəngdə olub qarın, bud əzələsinin içəri yuxarı hissəsində, süd vəzilərində, çiyinlərdə yerləşir və striyaların ölçüləri bir neçə santimetrə qədər ola bilər. Bəzən dəridə xırda səpgilər və kiçik ölçülü qansızmalar yarana bilər.
Aytən
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO