Türkiyəli müğənnilər məşhur musiqi şirkətini məhkəməyə verdi - - FOTO
Bizi izləyin

Magazin2

Türkiyəli müğənnilər məşhur musiqi şirkətini məhkəməyə verdi - - FOTO

Türkiyəli müğənnilər Çelik və Rafet El Roman “Universal Musiqi” şirkətini məhkəməyə veriblər.

Publika.az xəbər verir ki, buna səbəb şirkətin müğənnilərə ödəməli olduğu məbləği verməməsi olub.

Müğənnilər onlara aid olan albomların icazəsiz olaraq yenidən bazara çıxarılması və bunun qarşılığında hər hansı ödəniş almamalarını iddia edib. Buna görə də musiqilərin sənədlərini “Universal” şirkətindən alan “Avropa Musiqi” şirkətinə məktub göndəriblər.

Məktubda satılan albomlar haqqında bilgilərin verilməsi, onların bazarlardan çıxarılması və yenidən istehsal edilməməsi tələb edilib. Onlar şirkətin icazəsiz şəkildə albom satışı ilə məşğul olmasına və bundan gəlir əldə etməsinə qarşı çıxıblar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm