Magazin2
İldə bir qadınla sevgili olan 60 yaşlı məşhurun BİLMƏDİYİNİZ EŞQ MACƏRALARI - FOTO
Bu günə qədər 5 dəfə evli olan və saysız-hesabsız cavan sevgililəri ilə gündəmə gələn Mehmet Əli Erbil yenidən ata olmağa hazırlaşır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur şoumenin 6-cı dəfə ailə quracağı iddia olunub. Bu yazıda oxucuları qalmaqallı həyatı ilə gündəmə gələn aparıcının sevgililəri ilə tanış etmişik.
Möhsün Şahnaz Kamiloğlu
Mehmet Əli Erbil ilk dəfə 1980-ci ildə Möhsün Şahnaz Kamiloğlu ilə ailə qurub. 1982-ci ildə cütlüyün qızı Sezin dünyaya gəlib. Qızının doğumundan sonra həyat yoldaşından boşanan Mehmet Əli Erbil 1985-ci ildə yenidən M.Şahnazla evlənib. Onlar elə həmin ili boşanıblar.
Nərgiz Kumbasar
Məşhur şoumen 1989-ci ildə Nərgiz Kumbasar ilə evlənib. Onun bu evlilikdən 1995-ci ildə Yasmin adlı qızı olub. Aparıcı qızının doğumundan 1 il sonra yeddi illik həyat yoldaşı Nərgiz Kumbasardan boşanmağa qərar verib.
Ebru Cündebeyoğlu
Mehmet Əli Erbil ikinci həyat yoldaşından boşandıqdan sonra Ebru Cündebeyoğlu ilə görüşməyə başlayıb.
Özlem Yıldız
Mehmet Əli Erbil Ebru Cündebeyoğlundan ayrıldıqdan sonra Özlem Yıldıza aşiq olub.
Nefise Karatay
Qadınları əlcək kimi dəyişən aparıcının növbəti sevgilisi Nefise Karatayla birlikdə “Elle” jurnalının üz qabığı üçün çəkdirdiyi çılpaq şəkillər böyük səs-küy yaratmışdı. Nefise Karatayın atası qızının bu şəkillərinə bərk qəzəblənmişdi. Aparıcı ilə sevgilisinin atası arasında yaşanan qalmaqallardan sonra cütlük ayrılmağa qərar verir.
Sədəf Altuntaş
Mehmet Əli Erbil 2001-ci ildə dördüncü dəfə Sədəf Altuntaş ilə nikah masasına oturub. Özündən 23 yaş kiçik xanımla ailə quran aparıcının bu nikahı da uzunömürlü olmayıb. O, Sedef Altunşla 1,5 il sonra boşanıb.
Tuğba Coşkun
2005-ci ildə Tuğba Coşkun ilə evlənən Mehmet Əli Erbilin 2006-ci ildə Əli Sadi adlı oğlu dünyaya gəlib. M.Ə. Erbil 6 illik nikahdan sonra Tuğba Coşkundan da boşanıb.
Hazal Mesudiyeli
Məşhur milyarder Əli Ağaoğlunun keçmiş sevgilisi Hazal Mesudiyeli bir vaxtlar Mehmet Əli Erbillə də görüşüb.
Zeynəb Ece Akengin
“Show TV”-də yayımlanan “Bu tarz benim” adlı dəb müsabiqəsində iştirakçı kimi yer alan Zeynəb Ece Akengin də Mehmet Əli Erbilin sevgililərindən biri olub. O, aparıcı ilə sevgili olduğunu İnstaqram hesabından elan etmişdi. Zeynəb Ece Akengin sosial şəbəkədə aparıcı haqqında bu sözləri yazmışdı: “Hayatımdakı yeganə adam Mehmet Əli Erbildir və hər zaman belə olacaq. Tanıdığım üçün zərrə peşman olmadığım, əksinə tanıdığımçün hər gün şükür etdiyim, məni xoşbəxt edən yeganə adamdır, xoşbəxtlikdən gözlərimin içini güldürdüyünçün sənə təşəkkür edirəm”.
Sahar, Sevgi Sulak, Baden Nogay
Aparıcı 2011-ci ildə də iranlı müğənni Sahar, 2013-ci ildə Sevgi Sulakla sevgili olub. 2015-ci ildə isə o, özündən 30 yaş kiçik model və aktrisa Bade Nogayla nişanlanıb.
Feyza Durmazoğlu, Başak Bilginer
Mehmet Əli Erbil 2016-ci ildə sevgili siyahısına 20 yaşlı Feyza Durmazoğl, daha sonra isı Başak Bilgineri əlavə edib.
Nevin
Qəlbi geniş olan 60 yaşlı məşhur bu vaxta qədər saysız-hesabsız sevgilisi ilə gündəmə gəlib. İndi isə aparıcının 27 yaşlı sevgilisi Nevinin hamilə olduğu xəbərləri yayılıb. Müğənni Nevin hamilə olmasını “Vatan” qəzetinə açıqlayıb: "Hamilə olduğumu avqustun 30-da öyrəndim. Hazırda 6 həftəlik hamiləyəm. Əli uşağı doğumağımı istəmir. Xəstə olduğu üçün uşağa baxa bilməyəcəyini bəhanə gətirir və abort etdirməyimi tələb edir. “O uşaq neçə il atasını görəcək. Doğsan sənin haqqında nə danışarlar” deyir. İnanın, ruhən çox pisəm. Daim yemək yeyirəm, eybəcərləşirəm, kökəlmişəm. Çox həssasam, daim ağlayıram”.
Bu yaxınlarda isə başqa bir qadın aparıcıdan hamilə olduğunu etiraf edib. O, açıqlamasında bunları söyləyib: “Əlini çox sevdim, ona inandım. Ər-arvad kimi 3 ay birlikdə yaşadıq. Sevdiyim adamdan hamilə qaldım. Təbii ki, doğmaq istəyəcəyəm. Amma inanın ki, hamilə qalacağam ağlımın ucundan keçməzdi. Adam xəstə və qocadır, təbii olaraq fikir vermədim. Ona “Mənə şərtlərini yaz, altına imzamı atıram. Səndən mal-mülk istəmirəm. Yeganə istəyim körpənin sənin soyadını daşımasıdır. Camaat sənə nə deyər? İstəsən, sonra məndən ayrıl. Nəticədə ulduzsan” dedim. Amma o, qəbul etmədi".
3 uşaq atası olan aparıcı sevgilisinin hamiləliyi ilə bağlı "Şəxsi həyatım haqqında şərh verməyəcəyəm" deyə cavab verib.
Aytən
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı