Dünya şöhrətli aktyor TANINMAZ HALDA - FOTO
Bizi izləyin

Magazin2

Dünya şöhrətli aktyor TANINMAZ HALDA - FOTO

53 yaşlı Hollivud aktyoru Kianu Rivz reportyorlardan, qalmaqallardan, əyləncə və qala gecələrindən uzaq olmağa çalışır. Xoşbəxtlikdən kinoya çəkilməyə davam edir və bunun sayəsində də biz ulduz həyatından xəbər tuturuq.

Publika.az xəbər verir ki, hazırda Bruklində “John Wick” filminin üçüncü hissəsi üzərində çəkilişlər gedir, aktyor ekran işində əsas rolu oynayır və çəkilişlər üçün vaxtının çoxunu idman zalında keçirir. Maqazin səhifələrini bəzəməyi sevməyən tənhə ulduz artıq tanınmaz hala düşüb.

Fasilədə və məşqlər arasında paparatsilər studiyanın qabağında oturan aktyorun son halını lentə alıb. Kianu yorğun və kədərli, qaba geyimi və saqqallı görüntüsü ilə diqqət çəkib. Aktyor dünya şöhrətli ulduzdan daha çox, evsiz-eşiksiz "bomj"lara bənzəyib.

Yeri gəlmişkən, xarici görünüşünə görə Hollivudda qəbul edilmiş qaydalara tam biganəliyi aktyor əvvəllər də nümayiş etdirib. O, verdiyi müsahibələrdə dəfələrlə etiraf edib ki, populyarlığa can atmır və bu, onu xoşbəxt etmir. Dünya indiyədək 2010-cu ilin tarixində Kianu Rivzin parkda skamyada oturub tək ad gününü qeyd etməsini unutmayıb. İllər keçsə də, kədər aktyor üçün hələ də aktualdır. Görünür keçmişdə yaşadığı faicələri Kianu unudua bilmədiyini qəbul edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm