Sağ ikən özünə mərmərdən məzar daşı düzəltdirən aktyor vəfat etdi - FOTO
Bizi izləyin

Magazin2

Sağ ikən özünə mərmərdən məzar daşı düzəltdirən aktyor vəfat etdi - FOTO

Sağ ikən özünə mərmərdən məzar daşı düzəltdirən aktyor Yakup Yavru vəfat edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yakup Yavru dünən Adana Film Festivalının açılış mərasimində iştirak edib. 66 yaşlı aktyor açılış mərasimindən sonra dincəlmək üçün hoteldə otağına gedib. Gecə infarkt keçirən aktyor təcili xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, amasiyalı kino və teatr aktyoru 4 ay əvvəl 35 min TL-yə məmləkətində özü üçün mərmər ilə daşdan məqbərə tikdirmişdi:

"Ölümlü dünya nə olar nə olmaz deyə öz doğma vətənimdə ağlım başımda, canım sağ ikən məzar tikdirdim. Heç olmasa sabah öləndə insanlara çətinlik verməyim. Hər şey hazırdır, qapaqları belə hazırdır. Çox keyfli olub. Yerimi çox bəyəndim. Dərhal ölməyim gəlir. Elə xoşuma gəldi ki, yanında adıma bulaq tikdirəcəyəm. Mən məmnunam. Pulları oraya, buraya sovurmaqdansa, özümə üçün xeyirli iş görmək istədim.

Mən öləndən sonra qəbirin arxa hissəsinə yağış və qardan korlanmayan müxtəlif portretlərimi yerləşdirəcəklər. İndi qoysaq, ayıb olar. Hər kəs Fatihə oxumağa başlayır, həqiqətən öldüyümü zənn edirlər. Mən öləndən sonra şəkillərimi yerləşdirəcəklər. Şam ağaclarının aralarına da bəzi oynadığım kino filmlərinin afişaları qoyulacaq. Məzara ümumilikdə xərc 35 min TL xərcləmişəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm