“Diriliş Ertuğrul” daha bir REKORDA imza atdı - 8 saniyədə 17 min TL
Bizi izləyin

Magazin2

“Diriliş Ertuğrul” daha bir REKORDA imza atdı - 8 saniyədə 17 min TL

Türkiyədə ən çox izlənən serialların reklam qiymətləri əl yandırır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həm Türkiyədə, həm Azərbaycanda, həm də xarici ölkələrdə böyük reytinq toplayan türk seriallarının reklam qiymətləri açıqlanıb. Reklam agentliklərindən biri seriallardakı reklam qiymətini elan edib.

Məlum olub ki, illik ixracatı 400 milyon dollardan yüksək olan seriallara reklam vermək istəyən markalar bunun üçün bir bədəl ödəmək məcburiyyətindədir. 1000 TL-dən başlayan məbləğlər serialların reytinqlərinə görə 17 min TL-ə qədər yüksəlir.

Bu sektorda səkkiz saniyəlik ən yüksək reklam qiyməti “Diriliş Ertuğrul” aiddir. Bunun üçün marka sözügedən serialda 17 min TL pul ödəyir.

Reklam qiymətlərində ikinci yerdə 13 min TL ilə “Bir Zamanlar Çukurova” serialı yer alarkən, 10 min TL-lik reklam qiyməti ilə “Sen anlat Karadeniz” üçüncü sırada qərarlaşıb. İzlənmə reytinqinə əsasən ən aşağı reklam qiyməti 1000 TL-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm