Şeyma Subaşının kitabı işıq üzü gördü - İkinci səhifəsindəki sözlər diqqət çəkdi - - FOTOLAR
Bizi izləyin

Magazin2

Şeyma Subaşının kitabı işıq üzü gördü - İkinci səhifəsindəki sözlər diqqət çəkdi - - FOTOLAR

Türkiyədə fəaliyyət göstərən “Tv8” kanalının rəhbəri Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı kitab dərc etdirib.

Publika.az xəbər verir ki, “Sadəcə Şeyma” adlı kitab artıq satışa çıxarılıb.

Subaşı kitabının ilk səhifəsində “Şeyma Subaşı olmağımda əməyi keçən hər kəsə salam olsun” sözlərini yazıb. Lakin keçmiş həyat yoldaşından kitabında bəhs etməyib. Kitabın ikinci səhifəsində isə “Ağrıtmadı ki” sözləri yazılıb.

Kitabın satışı üçün yayımlanan mətndə isə bu sözlər yer alıb:

“Xatırladığım ilk xatirə nə idi?

Anamla atamın məni bərk qucaqladığı ağlıma gəlir.

Hamımızın güldüyünü xatırlayıram sonra.

Və nənəmin nağıllarını.

İlk xatirələrimi buludların üzərindəymişəm kimi xatırlayıram, sonrası fırtına...

Hamınızın bildiyi kimi...

Və indi yenə çəhrayı buludlar...

Hamımızın yaşadığı kimi...

Mən də bir ananın gözünün nuru, bir atanın qızılı saçlı qızıyam.

Və kiçik bir qız uşağının qucağında yatmağı sevdiyi anasıyam.

Bunları unutmadan oxuyun istəyirəm həyatımı...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm