"Real"lı futbolçu "Beşiktaş"lı ulduzun keçmiş sevgilisinə görə millidən qovuldu - EŞQ QALMAQALI
Bizi izləyin

Magazin2

"Real"lı futbolçu "Beşiktaş"lı ulduzun keçmiş sevgilisinə görə millidən qovuldu - EŞQ QALMAQALI

“Real Madrid”in gənc ulduzu Luka Yoviçin “Beşiktaş”lı Adəm Lyayiçin keçmiş sevgilisi Sofiya Miloşeviç ilə eşq münasibətlərinin olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, onun ilin əvvəlində yeni doğulmuş körpəsinin anası olan Ancela Manitaseviçi Sofiya ilə aldatmasına dair iddialar təsdiqini tapıb.

“Srpski telegraf” qəzeti cütlüyün Madriddə əl-ələ çəkilmiş fotolarını yayımlayıb. İkiliyə yaxın bir mənbə onların münasibəti haqqında bu sözləri deyib: “Luka Sofiyaya görə milli komandadan qovulub. O, zədəli olduğunu və Madridə geri qayıtmasının vacibliyini desə də Belqradda qalmağa davam etdi və model sevgilisi ilə gəzdi. Baş məşqçi də bunu öyrəndi və Lukanı heyətdən qovdu. Luka gücsüzdür, çünki futboldan çox eşq həyatına baxır. Baş məşqçi də onu milli komandaya dəvət etmək istəmir. Çünki Sofiyanın keçmiş sevgilisi Adəmin Luka ilə eyni komandada oynaması utancverici olar”.

Cütlük ilk dəfə avqusta ayında İspaniyada bir kafedə birlikdə görülmüş və bu iddia böyük əks-səda doğurmuşdu.

Adəmdən ayrıldıqdan sonra bir daha futbolçu ilə sevgili olmayacağını deyən 29 yaşlı model gözəlliyi ilə diqqət çəkir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm