Məşhur aktrisa iş adamını yıxıb-sürüdü: koronavirusun səbəbkarı odur!
Bizi izləyin

Magazin2

Məşhur aktrisa iş adamını yıxıb-sürüdü: koronavirusun səbəbkarı odur!

Fransız aktrisa Jülyet Binoş koronavirus pandemiyasının yayılmasında “Microsoft” şirkətinin qurucusu Bill Qeytsi günahlandırıb.

Publika.az xəbər verir ki, aktrisa bu barədə instaqramda paylaşım edib.

“COVİD-19 pandemiyası, təbii ki, bir tragediyadır. Amma başqa bir mövqedən bizim daha əhəmiyyətli problemlərlə üzləşməyimizi təmin etdi. Problem sistematikdir. Hazırda ekoloji fəlakətbir meqaböhrana işarə edir. İstehlakçı zehniyyəti bizim həyatın özünü belə inkar etməyimizə yol açır. Bitkilərin, heyvanların və çox sayda insanın… Hava çirkliliyi, qlobal istiləşmə və təbii məkanların dağılması dünyanı qopma nöqtəsinə gətirdi… İdarəçilər və vətəndaşların məqsədlər, dəyərlər, iqtisadiyyatın yenidən qurulması üçün işləməsi lazımdır. Yaşamağı, qüruru və qətiyyəti təmin etmək üçün bu iş kütləvi və qətiyyətli fədakarlıqla edilməlidir. ”, - aktrisa qeyd edib.

O, bir izləyicisinin ünvanladığı sualda Bil Qeytsi hədəf alıb: “Bunlar beynəlxalq maliyyə şirkətlərinin (xüsusilə, amerikalılar) uzun müddətdir ki, idarə etdiyi əməliyyatlardır. İnsanları istiqamətləndirirlər: istehsal etdikləri dərmanlar da bu əməliyyatın bir parçasıdır. Hər kəsin dərisinin altına iynələrlə mikro-çiplər qoymaq: YOX! Bill Qeytsin əməliyyatlarına: YOX! 5G-yə YOX!”

Aktrisanın bu çıxışı 200-yə yaxın incəsənət nümayəndəsi, elm adamı, rejissor tərəfindən dəstəklənib.

Qeyd edək ki, koronavirus pandemiyasının yayılması səbəblərinə air bir çox iddialar yayılıb. Onlardan biri də virusun Bill Qeyts kimi daha çox pul qazanmaq və insanların nəzarətdə saxlamaq istəyən texnologiya nəhəngləri tərəfindən yayılmasıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm